İranda avtomobil istehsalı 46 faiz azalıb.
Bu barədə İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin yayımladığı son hesabatda deyilir. Belə ki, cari ilin 21 avqust-21 sentyabr aralığında müxtəlif avtomobillərin istehsalı 46,2% azalıb. Məlumata görə, avtomobil istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 105 min 904 ədəd avtomobildən 56 min 949 avtomobilə enib.
Mikroavtobus istehsalında isə artım müşahidə olunub: Bu il 208 mikroavtobus istehsal edilib.
Kiçik yük maşınlarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 5961 maşından 3193 ədəd maşına enib.trend