“Səudiyyə Ərəbistanın İstanbuldakı Baş konsulluğuna daxil omazdan əvvəl jurnalist Camal Qaşıqçı “İPhone” smartfonunu nişanlısına verib və “Apple Watch” saatını isə səsyazan rejiminə keçirib”.
Bunu Türkiyənin hüquq-mühafizə orqanlarından bildiriblər. Bildirilib ki, itkin düşmüş sayılan jurnalistin qolunda qalan “Apple Watch” saatı smartfonla sinxronlaşdırılıb: “Nəticədə sorğu-sualın audioyazsı, işgəncə və jurnalistin qətli “iPhone”a ötürülüb, sonra isə avtomatik olaraq, “Apple iGloud” əlavəsinə yüklənib”.
Bildirilib ki, Səudiyyə Ərəbstanın kəşfiyyatı jurnalistin qolundakı saatı görəndə bütün qeydləri silməyə cəhd göstiblər. Bununla belə bəzi qeydləri silə bilməyiblər. Sonrakı araşdırmada qətlin baş verdiyi müəyyən olunub.
Qeyd edək ki, oktyabrın 2-də “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşqıçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsuluğuna daxil olduqdan sonra itkin düşüb.report