Tramp amerikalı keşişin azadlığa buraxılmasına münasibət bildirib

19:23 - 12 Oktyabr 2018 - DÜNYA

 “Keşiş Bransonla bağlı məsələ üzrə çox gərgin işlədik”.

Bunu ABŞ Prezidenti Donald Tramp rahibin sərbəst buraxılması ilə bağlı İzmir məhkəməsinin qərarına münasibət bildirərkən yazıb.
“Fikrim rahib Bransonun yanındadır. Onun üçün dua edirəm. Onun tezliklə sağ-salamt evinə qayıdacağına ümidvaram”, - o, “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.

Günahı tam sübuta yetiriləcəyi təqdirdə, E.Bransonu 35 il azadlıqdan məhrumetmə cəzası gözləyirdi.report

Xəbər xətti