Mogerini: Avropa İttifaqı olmasaydı, dünya çökərdi

20:18 - 11 Oktyabr 2018 - DÜNYA

Avropa İttifaqı olmasaydı, dünya çökərdi. Bu sözləri Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Aİ nümayəndəsi Federika Mogerini Finlandiyada universitetlərin birində mühazirə oxuyarkən deyib. O bildirib ki, dünya hazırda ən yaxşı vaxtlarını yaşamır, amma Aİ olmasa, onun vəziyyəti daha da pis olardı: “Bir anlıq bu barədə düşünün. Gözlərinizi yumun və bir anlıq təsəvvür edin ki, Avropa İttifaqı dünya səhnəsindən silinib. Hesab edək ki, bir həftəlik və ya bir neçə günlük. Dünya sadəcə çökərdi”. Trend

Xəbər xətti