Türkiyənin İzmir şəhərində kütləvi zəhərlənmə qeydə alınıb. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, insident prokurorluq binasında baş verib.
Azı 6 nəfərin zəhərləndiyi ehtimal olunur. İlkin məlumatlara əsasən, zəhərlənmənin səbəbi qaz sızması olub.
Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.
Binada insanların təxliyəsi aparılır.