Keramika istehsalçıları və ixracatçıları öz məhsullarını İraq, Əfqanıstan və Pakistana ixrac edir və qarşılığında rial (İran valyutası) alırlar. Biz İran rialı aldığımız halda hökumətə hansı şəkildə dollar ödəyə bilərik?
Bunu İranın Kaşı və Keramika İstehsalçıları və İxracatçılarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Behnam Əzizzadə deyib. B.Əzizzadə İraq, Əfqanıstan və Pakistana kaşı və keramika ixracatını dayandırıldığını bildirib.
Onun sözlərinə görə, İranın kaşı və keramika ixracının təxminən 90%-i sözügedən üç ölkəyədir.
İranın bu üç ölkəyə kaşı və keramika ixracı dayandığı halda, hindistanlı və çinli rəqiblər İranın yerini tutacaqlar.