Ermənistan və Rusiya hərbçiləri Alagöz yüksək dağlıq poliqonunda keçirilən birgə batalyon taktiki təlimlərində şərti düşməni məhv ediblər.
Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib. Təlimlər zamanı motoatıcı və tank bölmələrinə ön və ordu aviasiya ekipajları, Cənub Hərbi Dairəsinin artilleriya divizionları dəstək verib.
Qeyd edək ki, Rusiya və Ermənistan qoşunlarının birgə təlimləri oktyabrın 1-də başlayıb, oktyabrın 8-də isə onlar aktiv fazaya keçiblər.
Təlimlərə iki ölkənin mindən çox hərbçisi, təxminən, 200 ədəd xüsusi hərbi texnika cəlb edilib.