Kim Çen In Papanı Pxenyana dəvət edir

19:52 - 9 Oktyabr 2018 - DÜNYA

Şimali Koreya lideri Kim Çen In Roma katolik kilsəsinin rəhbəri Fransiski Pxenyana dəvət edir.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, Koreya Respublikası Prezidentinin iqamətgahının nümayəndəsi bildirib ki, Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn müvafiq dəvətnaməni oktyabrın 17-18-də Vatikana səfəri zamanı təqdim edəcək.
K.Ç.In Roma Papasını Pxenyana dəvət ermək niyyətini III Koreya sammitində M.Ç.İnə bildirmişdi.

Qeyd edək ki, Vatikanla Koreya Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulmayıb.

Xəbər xətti