Yaxın 3 ildə Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsi 17 milyard manata çatacaq.
Bunu energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Osmanov deyib.
O bildirib ki, hər il bu dövriyyə təqribən 7 faiz artır:
"Ümid edirik ki, beləliklə, nağd pul dövriyyəsinin səviyyəsini indiki 74 faizdən 40 faizədək azalda biləcəyik".