Çin Mərkəzi Bankı bu gün ABŞ dollarının məzənnəsini 6,8957 yuana bərabər müəyyən edib.
Sonuncu dəfə CNY/USD nisbəti bu həddə ötən il mayın 11-də olub. Çinin pulu Amerika valyutası qarşısında 5 gündür ucuzlaşır.
Hazırda “Bloomberg” ticarət platformasında 1 dollar 6,9 yuana bərabərdir. Bu rəqəm bu il avqustun 15-də 6,93 olub.
Xatırladaq ki, 2018-ci ilin ilk aylarında yuan dollara qarşı möhkəmlənsə də, maydan etibarən zəifləməyə başlayıb və bu azalma tendensiyası hələ də qalır. report