Konqo Demokratik Respublikasının (KDR) qərbindəki Orta Konqo əyalətində benzindaşıyan maşının yanması nəticəsində 50-dən çox insan ölüb, 100-dən çox sakin xəsarət alıb.
Bu barədə “Sinxua” məlumat yayıb. "Okapi" radiosunun xəbərinə görə, aşan maşından tökülən benzinin sürətlə yaxındakı evlərədək yayılması yanğının geniş ərazini bürüməsinə və böyük faciəyə gətirib çıxarıb.report