Rusiya ilə Hindistan “S-400” hava hücumundan müfadiə sisteminin tədarükü ilə bağlı müqavilə imzalayıb.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya Prezidenti Vladimir Putin Hindistana səfəri çərçivəsində “S-400”lə bağlı müqavilə imzalanıb” sualına cavabında deyib: “Bəli. Vladimir Putinin səfəri zamanı müqavilə imzalanıb”.
Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamentinin rəsmisi “The Hindu” adlı sayta Hindistanın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi alacağı təqdirdə, ABŞ-ın sanksiyasına məruz qalacağının bildirmişdi. report