Rusiya baş nazirinin sabiq birinci müavini Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Fedrasiyasının (FIDE) prezidenti seçilib.
Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, səsvermə FIDE-nin Baş Assambleyasının Batumi şəhərində keçirilən iclasında baş tutub.
FIDE prezidenti vəzifəsinə həmçinin yunanıstanlı Georgios Makropulos da namizəd idi.
Nəticədə Dvorkoviç 103 səs, Makropulos isə 78 səs toplayıb. Bir səs neytral olub.Azərbaycan
Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov isə FIDE-də vitse-prezident vəzifəsini tutub.