"Hazırda dünyada neftin qiymətlərinin artmasında günahkar axtaran ABŞ Prezidenti Donald Trampa güzgüyə baxmağı məsləhət görərdim".
Bunu RF Prezidenti Vladimir Putin Rusiya energetika həftəsində deyib.
V.Putin amerikalı liderlə Helsinkidə çox yaxşı görüş keçirdiyini xatırladıb: "Lakin əgər biz bu mövzuya toxunsaydıq, mən ona deyərdim ki, əgər neftin qiymətinin qalxmasında günahkar axtarırsansa, güzgüyə baxmağın lazımdır".
O qeyd edib ki, neftin bir barelinin 65-75 dollar olması Rusiyanı qane edir: "Bu, enerji şirkətlərinin səmərəli işini və investisiya prosesini təmin etmək üçün tam normaldır".
Xatırladaq ki, son günlərdə dünyada neftin qiymətlərində artım müşahidə olunur. Azərbaycanın "AZERI LT" neftinin bir bareli 87 dolları ötüb, "Brent Dated" etalon növlü neftin qiyməti isə təqribən 86 dollar/barel təşkil edir.trend