Rusiya rəsmən dollardan imtina edir

13:17 - 3 Oktyabr 2018 - DÜNYA

Rusiya hökuməti Rusiya iqtisadiyyatında dollardan istifadədən imtina olunması ilə bağlı layihə hazırlayır. Layihə 1-2 həftədən sonra baş nazir Dmitri Medvedev tərəfindən təsdiqlənəcək. 

Bununla bağlı “The Bell” nəşri üç mənbəyə istinadla məlumat yayıb. Məsələnin müzakirəsində iştirak edən mənbələrdən biri deyib ki, hökumət dollarla hesablaşmaları qadağan etməyəcək.

Təşəbbüs ilk növbədə milli valyutada ödənişlər üçün imkanlar yaradılmasına, valyuta mübadiləsinin asanlaşdırılmasına və valyuta qanunvericiliyinin liberallaşdırılmasına yönəldilməlidir.

Layihəyə əsasən, Rusiyanın Çin və Avropa Birliyi ilə hesablaşmaları yuan və avro, Avropa İqtisadi Birliyi ilə isə rublla aparılacaq. 

Oktyabrın 2-də Rusiyanın VTB bankının rəhbəri Andrey Kostin deyib ki, Vladimir Putin onun Rusiya iqtisadiyyatının dollarsızlaşdırılma təklifini tam dəstəkləyir. oxu.az

Xəbər xətti