"Əgər Suriya höküməti yeni konstitusiya layihəsi üzərində işləmək istəməsə, ABŞ müttəfiqləri ilə birlikdə bu ölkəyə qarşı daha sərt sanksiyalar tətbiq edə bilər".
Bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bildirib. "Əgər Suriya prezidenti Bəşər Əsədin rejimi bunu etsə, o zaman biz hesab edirik ki, 2015-ci ilə qədər İrana qarşı etdiklərimizi, yəni həqiqətən sərt beynəlxalq sanksiyalar tətbiq edə bilərik", - o deyib.
Diplomat qeyd edib ki, ABŞ Suriyaya qarşı təcrid strategiyasını seçə bilər: "Hətta BMT Təhlükəsizlik Şurası sanksiyaları dəstəkləməsə belə, biz Avropa İttifaqı, Asiyadakı müttəfiqlərimiz vasitəsilə onları tətbiq edəcəyik".report