Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya rəsmi səfəri başlayıb.
Səfər Almaniya Prezidenti Frank-Valter Ştaynmeyrin dəvəti əsasında reallaşır. Səfər zamanı Türkiyə Prezidentini xəzinə və maliyyə naziri Berat Albayrak, sənaye və texnologiya naziri Mustafa Varanak, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Ruhsar Pekcan, səhiyyə naziri Fahrettin Koca, prezidentin sözçüsü İbrahim Kalın, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan müşaiyət edir.
Səfər sentyabrın 29-dək davam edəcək. report