"Nikoil Bank"ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "Moskva" Şəhər Xəbərləri Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Qeyd edək ki, V.Xamaza Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur. O, Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilmişdi.
Xatırladaq ki, 2017-ci ilin payızında Azərbaycan KİV-də V.Xamazanın 2005-ci ildən 2017-ci ilin iyuluna qədər olan müddətdə rəhbərlik etdiyi "Nikoil Bank"dan 20 milyon manatdan çox vəsaiti mənimsədiyi barədə məlumatlar dərc olunub.