Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

13:24 - 15 Sentyabr 2018 - DÜNYA

Əfqanıstanın qərbindəki Fərəh əyalətində hərbi helikopter qəzaya uğrayıb.

Hadisə nəticəsində helikopterin pilotu ilə yanaşı, daha 4 hərbçi həlak olub. Qeyd olunur ki, texniki nasazlıq səbəbi ilə helikopter bölgədə təcili eniş etməli olub. Eniş zamanı isə helikopter “Taliban” silahlıları tərəfindən atəşə tutulub.

Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.trend

Xəbər xətti