ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır

21:53 - 13 Sentyabr 2018 - DÜNYA

 ABŞ bu ilin noyabr ayından Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır.

Bu barədə ABŞ-ın Nümayəndələr Palatasında dinləmələr zamanı dövlət katibinin köməkçisi Manişa Sinqh bildirib.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın öz ərazisində kimyəvi və bioloji silah istehsalı ilə bağlı obyektlərdə təftişə yol verməməsidir. 

M.Sinqh qeyd edib ki, daha əvvəl birinci mərhələ sanksiyalar nəticəsində Rusiya on milyardlarla dollar həcmində maliyyə itkiləri ilə üzləşib.report

Xəbər xətti