ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) Ayın orbitində astronavtlar üçün kosmik stansiya qurmağı planlaşdırır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, “Lunar Orbital Platform-Gateway” adlanacaq 55 tonluq stansiyanın ilk hissəsinin 2022-ci ildə, nəzərdə tutulan digər hissələrin isə mərhələli şəkildə orbitə göndərilməsi planlaşdırılır.
NASA rəsmiləri stansiyanın 2022-ci ildən bir neçə il sonra astronavtlara ev sahibliyi etməyə hazır olacağını deyiblər.