Böyük Britaniya Solsberidə zəhərlənmə insidenti ilə bağlı yeni məlumatların müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş edib.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirs deyib.
Britaniya toplantının sabah keçiriləcəyinə ümid edir.
Qeyd edək ki, bu gün Britaniya polisi Solsberidə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın həyatına sui-qəsddə ittiham olunan rusiyalı Aleksandr Petrov və Ruslan Boşirovun adını açıqlayıb. Britaniyalı müstəntiqlər hesab edirlər ki, bu, onların əsl ad və soyadları deyil.