Skripalın zəhərlənməsi ilə bağlı şübhəlilərin adı açıqlandı
15:03 - 5 Sentyabr 2018 - DÜNYA
Böyük Britaniya hüquq-mühafizə orqanları rusiyalı keçmiş kəşfiyyat zabiti Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı şübhəlilərin adını açıqlayıb.
Həmin hadisə ilə əlaqədar olaraq iki Rusiya vətəndaşı Aleksandr Petrov və Ruslan Boşirov barəsində həbs əmri verilib.
Britaniya polisi həmin şəxslərin həbs olunması üçün kifayət qədər dəlillərin əldə olunduğunu bildirib.
Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti S.Skripal bu il martın əvvəllərində Londonda öz qızı ilə birlikdə zəhərlənib. S.Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rusiya bunu qəti şəkildə inkar edir.
Trend