Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
14:45 - 5 Sentyabr 2018 - DÜNYA
Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı mövcud sanksiyaların müddətini daha 6 ay uzadılmasına razılıq veriblər.
“Report” bu barədə RİA "Novosti”yə istinadən xəbər verir.
Hazırda Aİ-nin Rusiyaya qarşı bir necə zərfdən ibarət sanksiyaları qüvvədədir. Bunlar arasında fərdi məhdudlaşdırıcı tədbirlər, iqtisadi və Krımın ilhaqı ilə bağlı sanksiyalar var.