Azərbaycan şərabları Çində mükafata layiq görülüb

14:45 - 4 Sentyabr 2018 - İQTİSADİYYAT

Azərbaycan şərabları Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən “6-cı Çin-Avrasiya” sərgisində mükafatlandırılıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın qabaqcıl şərab istehsalçıları dünyanın nüfuzlu şərab şirkətlərinin iştirakı ilə keçirilən “İnternational Wine Challenge” müsabiqəsi çərçivəsində “Şanxay Beynəlxalq Şərab Yarışı"nda iştirak ediblər.

Müsabiqə qaydalarına uyğun olaraq Azərbaycanın şərabları dequstasiyadan keçirilib və yüksək mükafata layiq görülüb.


Xəbər xətti