ARDNF bu il AÇG layihəsindən 6,6 mlrd. dollar gəlir əldə edib

11:36 - 4 Sentyabr 2018 - İQTİSADİYYAT

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 6,656 mlrd. dollar daxil olub.

“Report” bu barədə ARDNF-a istinadən xəbər verir.

Məlumata görə, 2001-ci ildən bu il sentyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 135,142 mlrd. dollar gəlir əldə olunub.

Bu ilin yanvar-avqust aylarında “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışından Fonda 115 mln. dollar daxil olub.

Fond 2007-ci ildən “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından isə 2,506 mlrd. dollar əldə edib.

Xəbər xətti