“Yerləşdiyi ərazidən asılı olmayaraq, İranın bütün hədələrinə qarşı mübarizə aparacağıq”.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman Qüdsdə keçirilən konfransda bildirib.
“Biz özümüzü Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu, açıq-aşkar bilinməlidir. İranın Suriyadan kənardakı hədəflərinə hücum etməyə hazırlaşırıq”, - deyə müdafiə naziri qeyd edib.
Aviqdor Liberman İranın hansı ölkələrdəki hədəflərini nəzərədə tutduğunun deməyib.
Qeyd edək ki, son zamanlar İsrail İranın Suriyadakı hədəflərinə qarşı hücumlar həyata keçirib.