Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bu il oktyabrın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, G.Marqvelaşvili prezident seçkilərində iştirak etməyəcəyini bildirib.
Dövlət başçısı deyib ki, seçkilərdə iştirak etməsə də, Gürcüstana başqa formada xidmət etməkdə davam edəcək.
Qeyd edək ki, G.Marqvelaşvili 2013-cü ilin oktyabrında Gürcüstan prezidenti seçilib.