Transadriatik boru kəmərinin (TAP) Albaniya hissəsinin tikintisi 99 faiz tamamlanıb.
Bu barədə TAP-ın tikintisi üzrə konsorsium açıqlama yayıb.
Qeyd edilir ki, boru kəmərinin Albaniya ərazisinə düşən 215 kilometr hissəsinin 213 kilometrə qədərində tikinti işləri başa çatıb.
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.trend