Rusiya prezidenti Vladimir Putin bir neçə nazirlik və dövlət qurumlarının ümumilikdə 15 generalının işdən azad edilməsi barədə fərman imzalayıb.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən işdən çıxarılan generallardan bir neçəsinin adını təqdim edir: Fövqəladə Hallar Nazirliyinin Tomsk bölgəsi üzrə rəhbəri Mixail Runner Daxili İşlər Nazirliyinin Saratov bölgəsi üzrə rəhbərinin müavini Andrey Boyko Penitensiar Xidmətin Komi üzrə rəhbəri İqor Vaneev Penitensiar Xidmətin Murmansk üzrə rəhbəri Vladimir Qusev Fövqəladə Hallar Nazirliyinin Saxalin bölgəsi üzrə rəhbəri Denis İlyin İstintaq İdarəsinin Kemerovo üzrə rəisi Sergey Kalinkin Daxili İşlər Nazirliyinin Kemerovo üzrə rəis müavini İqor Korşunov