Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də İrana səfər edəcək.
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, o, Tehranda Rusiya, İran və Türkiyə dövlət başçılarının iştirakı ilə keçirilməsi planlaşdırılan zirvə görüşünə qatılacaq. Sammitdə Suriya böhranının həllinin müzakirəsi nəzərdə tutulub.