AMB: Xarici valyutada problemli kreditlər artıb

17:49 - 24 Avqust 2018 - İQTİSADİYYAT

Azərbaycanda bank və maliyyə kredit təşkilatları tərəfindən xarici valyutada verilmiş kreditlərdə vaxtı keçmişlərin xüsusi çəkisi artıb. Ucnoqta.az-ın məlumatına görə, “Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq maliyyə hesabatına istinadən xəbər verir.

​Hesabata əsasən, 2018-ci il iyulun 1-nə xarici valyutada olan kreditlərin 909,0 mln. manat və ya 19,4%-nin vaxtı keçib. Beləliklə, vaxtı keçmiş kreditlərin həcmi aylıq müqayisədə 31,3 mln. manat və ya 3,6% artıb. Qeyd edək ki, iyunun 1-nə vaxtı keçmiş kreditlər valyutada verilən kreditlərin 19,0%-ni təşkil etməklə 877,7 mln. manat təşkil edib. 2018-ci il iyulun 1-nə bank və maliyyə kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 105,6 mln. manat təşkil edib. Bunun da 1 745,7 mln. manat və ya 14,4%-ni vaxtı keçmiş kreditlər əhatə edib.

Xəbər xətti