Səudiyyə Ərəbistanı krallıqda iqtisadi islahatlar aparmaq üçün xarici banklardan 11 mlrd. ABŞ doları məbləğində kredit cəlb etmək niyyətindədir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Saudi Aramco" neft şirkətinin səhmlərinin ilkin yerləşdirilməsi (IPO) baş tutmadığından ölkənin dövlət büdcəsində kəsir yaranıb. Səudiyyə Ərəbistanına kredit verəcək bankların siyahısı yaxın günlərdə bəlli olacaq. Ümumilikdə, bu prosesə 16 aparıcı bankın cəlb edilməsi planlaşdırılır.