ABŞ-da “McDonalds”da zəhərlənənlərin sayı 500-ü keçib

10:32 - 24 Avqust 2018 - DÜNYA

ABŞ-da 500 nəfər “McDonalds”da zəhərlənib ABŞ-da “McDonalds” restoranında zəhərlənənlərin sayı 500-ü keçib.

Zəhərlənməyə salatın tərkibində aşkarlanan Cyclospora cayetanensis adlanan mikroskopik parazit səbəb olub. Zəhərlənmə faktı qeydə alındıqdan sonra restoranlar şəbəkəsi rəhbərliyi şübhəli salatı üç min məntəqədən geri çəkib. Ümumilikdə zəhərlənmə faktı 16 ştatın ərazisində qeydə alınıb.qafqazinfo

Xəbər xətti