ABŞ Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri alan dünya ölkələrinə xəbərdarlıq edib.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert keçirdiyi ənənəvi brifinqdə deyib ki, rəsmi Vaşinqton "S-400" sistemləri alan dövlətlərə sanksiya tətbiq edə bilər. "Dünyadakı tərəfdaşlarımız və müttəfiqlərimizin "S-400"lər almasına qarşıyıq", - o, deyib.report