İran İslam Respublikası ölkə ərazisində işlənib hazırlanan və istehsal olunan dördüncü nəsil yeni reaktiv qırıcı təyyarəsini təqdim edib.
AzVision.az İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, “Kövsər” adlandırılan qırıcı tamamilə yerli istehsal hesabına ərsəyə gəlib. İranın Müdafiə Sənayesi Günü ərəfəsində təşkil edilən mərasimdə təqdim edilən qırıcı təyyarə tədbir çərçivəsində ilk uçuşunu həyata keçirib. Mərasimdə İran prezidenti Həsən Ruhani də iştirak edib. Qeyd olunub ki, “Kövsər” qırıcı təyyarəsi ilk növbədə müdafiə təyinatlıdır və İranın təhlükəsizliyini qoruyacaq.Həmçinin bildirilib ki, Tehran ölkənin müdafiə potensialının gücləndirilməsi və İran Silahlı Qüvvələrinin texniki təminatı üçün bundan sonra da hərbi sənayeni inkişaf etdirəcək. Xatırladaq ki, bundan əvəl İran 100% yerli istehsal olan ilk yaxın mənzilli “Fateh” ballistik raketini təqdim etmişdi.