İndoneziyada zəlzələ olub

10:00 - 19 Avqust 2018 - DÜNYA

İndoneziyanın Lombok adası sahillərində 6,3 maqnituda gücündə zəlzələ olub.

​Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Təkanlar Bakı vaxtı ilə səhər saat 08:10 radələrində adanın şimal sahillərində qeydə alınıb. Hazırda təbii fəlakət nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur. Avqustun 5-də Lombok adasında baş vermiş zəlzələ nəticəsində təqribən 400 nəfər həyatını itirib.report

Xəbər xətti