ABŞ vətəndaşlarının 52%-i hazırkı prezident Donald Trampın fəaliyyətindən narazıdır.
"Report" xəbər verir ki, bu, "Politico" nəşrinin sifarişi əsasında "Morning Consult" özəl şirkətinin apardığı araşdırma nəticəsində məlum olub.
Respondentlərin 43%-i isə, əksinə, ABŞ prezidentinin işindən razı qaldıqlarını bildiriblər. Bundan əlavə, rəyi soruşulanların 59%-i ABŞ-ın "yanlış yolla" hərəkət etdiyini söyləyib.