Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaraya səfər edib.
SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, o, səfər çərçivəsində bu gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Həmçinin Lavrov Türkiyənin beynəlxalq təşkilatları yanında səfir və daimi nümayəndələrinin müşavirəsində iştirak edəcək.
Görüş zamanı Lavrov və Çavuşoğlu ikitərəfli əlaqələr və Suriya üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Nazirlər eyni zamanda "Türk axını" qaz kəmərinin tikintisi və "Akkuyu" AES-nin inşası barədə də fikir mübadiləsi aparacaqlar.