Bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 5,73 lirəyə çatıb.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşu ölkədə avronun məzənnəsi 6,63 lirə, ingilis funt sterlinqin məzənnəsi isə 7,35 lirə olub.
Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşır.
***
Bir qədər əvvəl TRY/USD nisbəti 6,01-ə çatıb. TRY/GBP nisbəti 7,05, TRY/GBP nisbəti isə 7,67 olub.