Türkiyənin Avropa hissəsində - Frakiyada tikilməsi planlaşdırılan üçüncü atom elektrik stansiyası layihəsi Çinlə birgə reallaşdırılacaq.
Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib. O bildirib ki, hələlik AES-in tikiləcəyi yer müəyyən edilməyib: “Türkiyədə ən çox elektrik enerjisi İstanbul və Mərmərə regionunda istehlak olunur. Ona görə də AES-in tikintisi üçün ən optimal yer olaraq Frakiyanı görürük. Mühəndis işlərindən sonra dəqiq yer müəyyənləşdiriləcək”. Nazir qeyd edib ki, Çin AES tikintisini ən fəal həyata keçirən ölkələrdən biridir: “Bundan başqa, onlar texnologiyanın təhvil verilməsi məsələsində açıqdırlar. Ona görə də üçüncü AES-in Çinlə birgə tikəcəyik”. Trend