Konqoda Ebola virusuna 43 nəfər yoluxub

20:01 - 7 Avqust 2018 - DÜNYA

Konqo Demokratik Respublikasında Ebola virusuna 43 nəfər yoluxub. Trend-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir. Qeyd olunur ki, yoluxanlardan 27 nəfəri həyatını itirib. Bu yoluxma hallarından 16-ı laborator şəraitdə təsdiq olunub. Bundan başqa, daha 31 nəfər Ebolaya yoluxma şübhəsi ilə karantinə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı bölgədə peyvəndləmə prosesinin aparıldığını bildirib. Qeyd edək ki, 2015-ci ildə Qərbi Afrikada qeydə alınmış Ebola epidemiyası 11 mindən çox adamın həyatın son qoymuşdu.

Xəbər xətti