Netanyahu Avropanı İrana sanksiyalar tətbiq etməyə çağırdı

18:43 - 7 Avqust 2018 - DÜNYA

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini dəstəkləyib və Avropa ölkələrini də ABŞ kimi davranmağa çağırıb.

O deyib: "Mən ABŞ Prezidenti Donald Tramp və ABŞ administrasiyasının İrana qarşı sanksiyalarla bağlı mühüm qərarını dəstəkləyirəm. Bu, İsrail, ABŞ, region və bütün dünya üçün mühüm addımdır".

İsrailli nazir əlavə edib: "Mən Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıram. ABŞ necə hərəkət edirsə, Avropa da özünü elə aparmalıdır".

trend

Xəbər xətti