İstanbulda İŞİD-lə bağlı ƏMƏLİYYAT - 38 xarici vətəndaş saxlanıldı

19:14 - 3 Avqust 2018 - DÜNYA

İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 38 xarici vətəndaş saxlanılıb.

Xüsusi əməliyyat eyni zamanda İstanbulun 12 ünvanında aparılıb.

Saxlanılan şəxslər müxtəlif terror aktları hazırlamaqda şübhəli bilinir.

Əməliyyat zamanı çoxlu sayda sənəd və avadanlıqlar müsadirə edilib.

Həmin şəxslərin milli mənsubiyyəti barədə məlumat verilmir.trend

Xəbər xətti