Əfqanıstanın şərqindəki Pkatia əyalətində şiə mənsəbinə məxsus müsəlmanlara aid məscidə kamikadze hücumu baş verib.
Hücum müsəlmanların namaz qıldığı zamana planlaşdırılıb. Hadisə nəticəsindən 20-dən çox insan həlak olub, 100-ə yaxın insan xəsarət alıb. Faktı polis də təsdiqləyib.
Hücumu hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Hökumətlə sülh danışıqlarına başlamağı qəbul etdikdən sonra üzərində təzyiq qurulan Taliban son aylarda böyük şəhərlərdəki heç bir hücumun məsuliyyətini öz üzərinə götürməyib. Ancaq İŞİD terror təşkilatı Cəlalabda və paytaxt Kabildə hökumətə aid binalardan təlim mərkəzlərinə qədər müxtəlif çeşidli hədəflərə ölümcül zərbələr vurub.publika.az