Binəli Yıldırım: "ABŞ-ın sanksiyaları qanunsuz qərardır"

15:22 - 2 Avqust 2018 - DÜNYA

Türkiyə parlamentinin sədri Binəli Yıldırım rəsmi Vaşinqtonun türkiyəli nazirlərə qarşı sanksiyalar tətbiq etməyə dair qərarının qanunsuz və özbaşına olduğunu düşünür.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir. "ABŞ Maliyyə Nazirliyinin Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edilməsi barədə qərarı qanunsuz və ifrat dərəcədə özbaşına qərardır", - B.Yıldırım deyib.
O, sanksiyaların ABŞ-ın Türkiyənin məhkəmə orqanlarına hörmət etməməsinin göstəricisi olduğunu deyib.

Qeyd edək ki, dünən ABŞ Maliyyə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Ankaranın amerikalı rahib Endryu Bransonun vətəninə qayıtmasına icazə verməməsi olub.

Xəbər xətti