Marsda nəhəng göl tapılıb
10:00 - 26 İyul 2018 - DÜNYA
İtalyan astronomları Marsda qütb buzunun altında maye su gölünü tapıblar. Onlar Mars Express orbital zondunda quraşdırılmış MARSIS radarından istifadə ediblər. Trend-in məlumatına görə, bu barədə "Science" jurnalında dərc olunan məqalədə bildirilib.
Göldəki suyun temperaturu donma nöqtəsindən aşağı olsa da, alimlər onun maye vəziyyətində olmasını həll olunan mineral maddələrin və buz təzyiqlərinin yüksək konsentrasiyası ilə izah edirlər.