Azərbaycan nefti bahalaşıb
10:00 - 24 İyul 2018 - İQTİSADİYYAT
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,10 dollar və yaxud 1,48% artıb.
"Azeri LT CIF" markalı neftin qiyməti 75,22 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Report