Türkiyədə fövqəladə vəziyyət başa çatdı

10:16 - 19 İyul 2018 - DÜNYA

Türkiyədə müddəti 7 dəfə uzadılan fövqəladə vəziyyət rejimi iyulun 19-u saat 01:00-da ləğv olunub.

Rejim ləğv olunduqdan sonra terrorçuluqla mübarizə barədə yeni qanunun qəbul olunacağı gözlənilir. Ölkə parlamentinin yeni qanun layihəsini yaxın günlərdə müzakirə edəcəyi bildirilir.

Xatırladaq ki, ölkədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdindən sonra elan olunmuşdu.

Trend

Xəbər xətti