Pekin aeroportunda 650 reys ləğv edildi- Leysan səbəbindən

10:32 - 17 İyul 2018 - DÜNYA

Çinin paytaxtı Pekinin "Şoydu" beynəlxalq hava limanında təxminən 650 reys ləğv edilib, 129-u isə yubanır.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınmasına və yubanmasına səbəb Çinin paytaxtında bir neçə gün davam edən leysan yağışları olub.
Yerli vaxtla saat 12:30 üçün 364 reysin uçuşu ləğv edilib, 113 reys isə yubanır. Eyni zamanda, 279 reysin hava limanına gəlişi ləğv edilib, 16-sı isə yubanır.

Pekinin meteoroloji bürosu bəzi rayonlarda "göy" və "sarı" təhlükə səviyyəsini elan edib. Şəhər ərazsində hava şəraiti ilə əlaqədar olaraq bu gün 133 turist obyekti fəaliyyət göstərməyəcək.

Xəbər xətti